"Qarabağ"ın rəqibində ciddi itki

16:41 23 İyun 2016

Azərbaycan çempionu "Qarabağ"ın Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan Lüksemburqun "Düdelanj" klubu itki ilə üzləşib.
 

Sportarena.az xəbər verir ki, komandanın yarımmüdafiəçi Joel Pedro zədələnib. Həkim müayinəsindən keçən futbolçunun ayağında sınıq olduğu bildirib.


Onun bir ay yaşıl meydanlardan uzaq qalacağı gözlənilir. Bu səbəbdən futbolçu "Qarabağ"la ilk oyunu buraxacağı dəqiqləşib.
 

Qeyd edək ki, "Qarabağ" və "Düdelanj" arasında ilk oyun iyul ayının 12-də Bakıda, cavab görüşü isə bir həftə sonra səfərdə keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti