Elis Manolova gümüş medal qazandı

10:12 24 İyun 2016

Rumıniyanın paytaxtı Buxarest şəhərində güləş üzrə gənclər arasında Avropa çempionatı keçirilir.


Sportarena.az xəbər verir ki, çempionatın üçüncü günündə 44, 51, 59 və 67 kq çəki dərəcəsində gənc qızlar mübarizəyə qoşulub. Güləşçilərimiz 3 çəki dərəcəsində təmsil olunub.


67 kq çəkidə təmsilçimiz Elis Manolova mübarizəyə 1/4 finaldan başlayıb. Ardıcıl olaraq Rusiya və İtaliyadan olan rəqiblərini vaxtından əvvəl tam üstünlüklə məğlub edib və finala yüksəlib. Finalda güləşçimiz Fransa təmsilçisinə uduzub və çempionatın gümüş medalına yiyələnib. 


Digər xəbərlər

Xəbər xətti