Xorvatiyalı futbolçu "Barselona" yolunda

11:36 24 İyun 2016

Xorvatiya millisinin futbolçusu İvan Perişiç yeni mövsümdən İspaniya La Liqasında çıxış edə bilər.

 

Sportarena.az xəbər verir ki, İtaliya "İnter"inin futbolçusu "Barselona"nın maraq dairəsinə düşüb.

 

Kataloniya təmsilçisinin baş məşqçisi Luis Enrike "Avro-2016"dakı uğurlu çıxışı ilə diqqət çəkən Perişiçi komandasında görmək istəyir. "Barselona"nın turnirdən sonra 27 yaşlı futbolçu ilə danışıqlara başlayacağı gözlənilir.

 

Qeyd edək ki, 2015-ci ildən "İnter"də çıxış edən Perişiç keçirdiyi 34 oyunda 7 qol vurub.


Xəbər xətti