"Kəpəz" – "Daçiya" oyununun biletləri iki şəhərdə satılacaq

12:18 24 İyun 2016

UEFA Avropa Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Kəpəz” – “Daçiya” (Moldova) oyununun biletləri satışa çıxarılır. 

 

Sportarena.az xəbər verir ki, bilet satışı həm Bakıda, həm də Gəncədə təşkil olunacaq.
 

Azarkeşlər paytaxtda iyunun 27-i saat 14:00-dan 19:00-dək, iyunun 28-i isə saat 12:00-dan 16:00-dək Respublika stadionunun kassasından, saat 17:00-dan sonra “Dalğa Arena”nın kassasından bilet ala bilərlər. Gəncədən bilet almaq istəyənlər üçün satış iyunun 28-i saat 10:00-dan 14:00-dək şəhər stadionunun kassasında olacaq. 
 

Qeyd edək ki, “Kəpəz” – “Daçıya” oyunu iyunun 28-i saat 20:00-da “Dalğa Arena”da keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti