Milli komandamızda yeni məşqçi

12:59 24 İyun 2016

Futzal üzrə milli komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsi Biro Jadeyə həvalə olunub. 
 

Sportarena.az xəbər verir ki, bu barədə AFFA-nı rəsmi saytı məlumat yayıb.


AFFA-nın inzibati binasında Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov, AFFA-nın Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mikayıl Nərimanoğlu, futzal üzrə milli komandanın  baş məşqçisi Milton Luiz Ziller Junior və məşqçi Biro Jadenin  iştirakı ilə görüş keçirilib. 


Görüşdə yığma komandanın hazırkı vəziyyəti, dünya çempionatının final mərhələsinə hazırlıq planları barədə ətraflı fikir mübadiləsi aparılıb. 


Xəbər xətti