"Qəbələ"nin Avroliqa oyunu canlı yayımda

13:35 24 İyun 2016

"Qəbələ" komandasının Avropa Liqasında Gürcüstanın "Samtredia" klubuna qarşı oyunu CBC Sport-la canlı yayımlanacaq. 

 

Sportarena.az xəbər verir ki, bu barədə kanalın saytına CBC Sport-un baş direktoru Volkan Üst məlumat verib: "Kəpəz"in ardınca, "Qəbələ" klubu ilə də oyunun yayımlanmasına dair danışıqlarımız müsbət nəticə verdi. "Qəbələ" ötən il ölkəmizi Avropa Liqasının qrup mərhələsində təmsil etmiş komandadır. Bilirik ki, "Qəbələ" də Azərbaycanda yetərincə sevilən klublardandır. "Samtredia" ilə oyunlar çox maraqlı keçəcək. Gürcüstan və Azərbaycan futbolu arasında həmişə bir idman rəqabəti olub və bu indi də davam edir. "Qəbələ"yə bu matçlarda uğurlar arzu edirəm. Biz isə öz növbəmizdə oyunun yüksək keyfiyyətdə yayımı üçün əlimizdən gələni edəcəyik". 


Digər xəbərlər

Xəbər xətti