"Daçiya" - "Kəpəz" matçının yeri dəyişdirildi

14:09 24 İyun 2016

Gəncənin "Kəpəz" klubunun futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsində Moldova "Daçiya"sı ilə keçirəcəyi cavab görüşünün stadionu dəyişdirilib. 

 

Sportarena.az xəbər verir ki, iyulun 7-də baş tutacaq qarşılaşma Kişinyovun "Zimbru" stadionunda yox, paytaxtdan 33 km məsafədə yerləşən Speya rayonundakı eyniadlı stadionda olacaq. 

 

Matç Bakı vaxtı ilə saat 19:00-da başlanacaq. 8500 tamaşaçı tutumuna malik stadion "Daçiya"nın ev arenası sayılır və beynəlxalq oyun keçirməyə razılıq alıb.


Qeyd edək ki, bu komandalar arasındakı ilk qarşılaşma isə iyunun 28-də Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da oynanılacaq. Matçın start fiti saat 20:00-da səsləndiriləcək. (report)


Xəbər xətti