Böyük Britaniyanın Aİ-dən çıxması "Real" üçün ciddi problem yaratdı

15:59 24 İyun 2016

Böyük Britaniyanın Avropa İttifaqından (Aİ) çıxması İspaniyanın "Real" klubu üçün ciddi problemlər yarada bilər.

 

Sportarena.az İspaniya mətbuatına istinadən xəbər verir ki, reqlamentə əsasən, Avropa klublarında Aİ-yə daxil olmayan ölkələrdən ən çox 3 futbolçu iştirak edə bilər. Hazırda Madridin "Real" klubunda bu oyunçuların sayı 3-dür (Xames Rodrigez (Kolumbiya), Danilo və Kazemiro (Braziliya)).


Böyük Britaniyanın Aİ-dən çıxdıqdan sonra Beyl "Real"ın heyətində 4-cü belə futbolçu olacaq.


Buna baxmayaraq, Böyük Britaniyanın Aİ-dən çıxışı dərhal baş verməyəcək. Bu, "Real" klubu üçün ciddi problemlər yarada bilər.


Qeyd edək ki, 43 il Avropa İttifaqının tərkibində olmuş Böyük Britaniyada Aİ-dən çıxıb-çıxmamaq barədə referendum iyun ayının 23-də olub. Seçicilərin 52 faizə yaxını qurumdan çıxmağa səs verib. Yalnız 48 % ittifaqın tərkibində qalmağa üstünlük verib.


Digər xəbərlər

Xəbər xətti