Təbrizin "Traktorsazi" klubuna Türkiyəyə getmək qadağan edildi

16:57 24 İyun 2016

Təbrizin "Traktorsazi" Türkiyədə təlim-məşq toplanışı keçirə bilməyəcək.

 

Sportarena.az xəbər verir ki, İranın Gənclər və İdman Nazirliyinin Xarici İşlər Şurası bunu Türkiyədə terror aktlarının baş verməsi və təhlükəsizliklə bağlı problemlərin olması ilə əlaqələndirib. 


"Traktorsazi"dən əlavə, Tehranın "İstiqlal", İsfahanın "Sepahan" klubu da Türkiyəyə gedə bilməyəcək.


Qeyd edək ki, adı çəkilən klublar növbəti mövsümün hazırlıqlarını Türkiyədə davam etdirəcəkdi. Lakin nazirliyin bu qərarı hər 3 klubun planlarında dəyişikliyə səbəb olub.


Digər xəbərlər

Xəbər xətti