"Kəpəz"dən 6 cavabsız qol

00:04 25 İyun 2016

UEFA Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Daçiya” ilə oyunun hazırlığını Bakıda davam etdirən “Kəpəz” bu gün yoxlama oyunu keçirib. 

 

Sportarena.az xəbər verir ki, “sarı-göylər”in rəqibi aşağı divizion təmsilçisi “Bakı” olub.


Oyun Gəncə klubunun böyükhesablı qələbəsi ilə nəticələnib – 6:0. “Kəpəz”dən Şəhriyar Əliyev, Julien Ebah və Şəhriyar Rəhimovun hərəyə bir dəfə fərqləndiyi matçda Tural Qürbətov het-trik edib. 


“Kəpəz” istirahət etmədən sabah məşqlərə davam edəcək.


Digər xəbərlər

Xəbər xətti