"Neftçi"nin zədəli damğası vurduğu futbolçu Monteneqro klubunda

01:04 25 İyun 2016

Monteneqrolu qolkiper Milan Miyatoviçin "Neftçi"yə transferinin baş tutmadığı haqda məlumat vermişdik.
 

Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçu son klubu olan "Bokel"lə müqavilə imzalayıb. Miyatoviçin yeni komandası Avropa Liqasının I təsnifat mərhələsində mübarizə aparacaq. Monteneqrolu qolkiperin adı "Voyvodina" (Serbiya) ilə oyun üçün UEFA-nın iştirak ərizəsində yer alıb.
 

Xatırladaq ki, "Neftçi" Miyatoviçinin transferində futbolçunun səhhətində problemlərin olduğunu bildirərək keçidin baş tutmadığını bildirmişdi. Lakin qapıçı bu barədə verdiyi açıqlamada bu xəbərlərin əsassız olduğunu bildirərək "Neftçi"nin yalanını üzə çıxarmışdı.(sportal.az)


Digər xəbərlər

Xəbər xətti