Qazaxıstan millisinin yeni baş məşqçisi bəlli oldu

01:17 25 İyun 2016

Qazaxıstan millisinin yeni baş məşqçisinin kimliyinə aydınlıq gəlib.


Yığmanı Talqat Baysufinov çalışdıracaq.


2016-cı ilin yanvar ayından Qazaxıstan millisində müvəqqəti olaraq baş məşqçi vəzifəsini icra edən Baysufinovun köməkçiləri də müəyyənləşib. Ona Nurken Mazbayev, Yuri Novikov və Andrey Ferapontov köməklik edəcək.


Qeyd edək ki, yeni baş məşqçinin "DÇ-2018"in seçmə mərhələsində ilk sınağı bu ilin sentyabrında olacaq. Həmin gün Qazaxıstan yığması Astanada Polşanı sınağa çəkəcək.(qol.az)


Xəbər xətti