"Avro-2016": 1/4 finalın ilk 3 komandası müəyyənləşdi - YENİLƏNİB

01:34 26 İyun 2016

Bu gün "Avro-2016"da 1/8 final mərhələsinin oyunlarına start veriləcək. 

Sportarena.az xəbər verir ki, 3 qarşılaşma baş tutacaq ki, azarkeşlər ilk olaraq Bakı vaxtı ilə saat 17:00-da başlayacaq  İsveçrə - Polşa matçını izləyə biləcək. Günün ikinci oyunu isə Britaniya derbisi olacaq. Uels və Şimali İrlandiya yığmaları üz-üzə gələcək.Günün ən maraqla gözlənilən görüşü Xorvatiya və Portuqaliya arasında keçiriləcək. 

25 iyun

"Avro-2016", 1/8 final

17:00. İsveçrə - Polşa  1:1 (penaltilər seriyası - 4:5)

Qollar: Yakub Blaşikovski, 39, (0:1), Şakiri, 82, (1:1)
Baş hakim: Mark Klattenburq
Yan xətt hakimləri: Simon Bek, Ceyk Kollin
Əlavə köməkçi hakimlər: Entoni Teylor, Andre Marriner (hamısı İngiltərə)
Dördüncü hakim: Tasos Sidiropulos (Yunanıstan)
Sent-Etyen. "Joffrua Gişar" stadionu

 

20:00. Uels - Şimali İrlandiya 1:0

Qol: Qaret Makauli, ö.q, 76, (1:0)
Baş hakim: Martin Atkinson
Yan xətt hakimləri: Mixael Mullerkey, Stefan Çayld
Əlavə köməkçi-hakimlər: Mixael Oliver, Kreyq Pouson (hamısı İngiltərə)
Dördüncü hakim: Feliks Brix (Almaniya)
Paris. "Park de France"

 

23:00. Xorvatiya - Portuqaliya  0:1

Qol:  Quareşma, 118, (0:1)
Baş hakim: Karlos Velasko Karbalyo
Yan xətt hakimləri: Roberto Alonso Fernandes, Xuan Karlos Yuste Ximenes,
Əlavə köməkçi-hakimlər: Xesus Gil Manzano, Karlos del Serro Qrande (hamısı İspaniya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Lans. "Boller Delelis" stadionu


Digər xəbərlər

Xəbər xətti