"Neftçi" Rumıniya klubu ilə qarşılaşacaq

12:29 25 İyun 2016

Türkiyədə təlim-məşq toplanışında olan “Neftçi”  bu gün hazırlıq çərçivəsində sonuncu, üçüncü yoxlama oyununu keçirəcək. 


Sportarena.az xəbər  verir ki, "ağ-qaralar"ın rəqibi Rumıniyanın “CSMS İaşi” klubu olacaq. 


Oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.


Qeyd edək ki, daha öncə keçirilmiş iki yoxlama görüşündə "Neftçi" Afrika komandalarından seçilmiş futbolçulardan ibarət "SİBM Traning Center” klubu ilə qarşılaşmışdı. "Ağ-qaralar" ilk matçda 2:1 hesabı ilə məğlub olsalar da, ikinci görüşdə 3:0 hesabı ilə qalib gəlmişdir.


Digər xəbərlər

Xəbər xətti