Millimizin futbolçusu Ukrayna klubunda

12:50 25 İyun 2016

Milli komandamızın müdafiəçisi Pavel Paşayev karyerasını Ukraynada davam etdirəcək.


Sportarena.az xəbər verir ki, 28 yaşlı futbolçu Ukrayna Premyer Liqasında mübarizə aparan “Stal” klubu ilə müqavilə imzalayıb. Məlumata görə, futbolçu komanda ilə 2 illik müqaviləyə qol çəkib.


Qeyd edək ki, Pavel Paşayevin son klubu “Qəbələ” olub.


Digər xəbərlər

Xəbər xətti