"Qəbələ" fransalı futbolçunu transfer etdi

14:44 25 İyun 2016

"Qəbələ" klubu heyətini fransalı futbolçu ilə gücləndirir.


Sportarena.az xəbər verir ki, "Qəbələ" fransalı hücumçu Baqali Dabo ilə müqavilə imzalayacaq. İyirmi yeddi yaşlı futbolçu bu gün Azərbaycana gələcək və onun ikiillik müqaviləyə qol çəkməsi nəzərdə tutulur.


Qeyd edək ki, Dabo həm Fransa, həm də Seneqal vətəndaşıdır. O, futbolçu karyerası ərzində Fransanın "İstres" və "Kretey" klublarında forma geyib.


Digər xəbərlər

Xəbər xətti