Millinin futbolçusu siqaretlə yaxalandı

17:29 25 İyun 2016

Belçika milli komandasının baş məşqçisi Mark Vilmots futbolçu Raca Nainqqolanın siqaret çəkməsinə münasibət bildirib. 


Yerli mətbuata açıqlama verən çalışdırıcı bunun futbolçunun öz qərarı olduğunu və ona qadağa qoymaq fikrində olmadığını bildirib: “Bəli, Raca siqaret çəkir. Əgər o bunu istəyirsə, mənim ona mane olmaq fikrim yoxdur. Bu məsələdə sərt adam deyiləm.


Əgər mən ona gündə 5-6 siqaret çəkməyi qadağan etsəm, Raca bunu hardasa gizlicə edəcək. Əksinə otellərdə yerləşmə zamanı çalışıram ki, Nainqqolan üçün balkonu olan otaq ayırım ki, heç olmasa yanğın siqnalizasiyası işə düşməsin. Milli komandada yeganə siqaret çəkən odur”.


Digər xəbərlər

Xəbər xətti