"Qarabağ" ilk görüşündə məğlub oldu

21:07 25 İyun 2016

Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" klubu bu gün ilk yoxlama görüşünə çıxıb. 


Sportarena.az xəbər verir ki, komanda yerli "Vakker İnsbruk" komandası ilə gücünü sınayıb. 


Qarşılaşma Avstriya təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.


Qeyd edək ki, Ağdam təmsilçisi ikinci sınaq matçını iyunun 28-i Rusiya çempionu "Zenit"ə qarşı keçirəcək. Son yoxlama oyunu isə iyulun 1-də "Skenderbeu" ilə olacaq. 


18:30. "Qarabağ" - "Vakker İnsbruk" 0:1

Qol: Yamniq Floryan, 41


Digər xəbərlər

Xəbər xətti