"Zirə"dən daha bir transfer

21:50 25 İyun 2016

"Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib. 


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın yeni transferi Milan Duriç bu gün ictimaiyyətə təqdim olunub. 


Serbiyalı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. Futbolçu ötən mövsüm Xorvatiyanın “İstra” klubunda oynayıb. Bundan əvvəl 3 il müddətində, 2013-2015-ci illərdə Serbiya təmsilçisi “Yaqodina”da çıxış edən Milan həmçinin, ölkəsində “Pekar” və Makedoniyada “Metallurq”un formasını geyinib.


Digər xəbərlər

Xəbər xətti