Daha 3 komanda 1/4 finala yüksəldi - YENİLƏNİB

00:55 27 İyun 2016

“Avro-2016”nın 1/8 final mərhələsi davam edir.

Sportarena.az xəbər verir ki, bu gün daha üç qarşılaşma keçiriləcək.

Günün ilk oyununda meydan sahibi Fransa millisi İrlandiyanı sınağa çəkəcək. 

Digər görüşdə yarışın favoritlərindən sayılan Almaniya millisi Slovakiya ilə qarşılaşacaq.

Günün son oyununda isə Macarıstan və Belçika milliləri üz-üzə gələcək.

Qeyd edək ki, İrlandiya, Slovakiya və Belçika 1/8 finala ən yaxşı qrup üçüncüsü kimi çıxıb.

 


26 iyun 

1/8 final 

17:00. Fransa - İrlandiya  2:1

Baş hakim: Nikola Ritsoli
Yan xətt hakimləri: Elenito Di Liberatore, Mauro Tonolini
Əlavə köməkçi-hakimlər: Daniele Orsato, Antonio Damato (hamısı İtaliya)
Dördüncü hakim: Aleksey Kulbakov
Lion, şəhər stadionu
 
20:00. Almaniya - Slovakiya  3:0

Baş hakim: Şimon Martsinyak
Yan xətt hakimləri: Pavel Sokolnitski, Tomaş Litskeviç
Əlavə köməkçi-hakimlər: Pavel Raçkovski, Tomaş Musyal (hamısı Polşa)
Dördüncü hakim: Byörn Kuypers
Lill, "Pyer Moro" stadionu
 
23:00. Macarıstan - Belçika 0:4
Baş hakim: Milorad Majiç
Yan xətt hakimləri: Milovan Ristiç, Dalibor Curceviç
Əlavə köməkçi-hakimlər: Danilo Qruyiç, Nenad Cokiç (hamısı Serbiya)
Dördüncü hakim: Yonas Eriksson
Tuluza, şəhər stadionu 


Xəbər xətti