Löv açıqladı: Almaniyanın açar oyunçusu kimdir?

14:33 26 İyun 2016

Slovakiya ilə oyun öncəsi Almaniya millisinin məşqçisi Yöaxim Löv açar oyunçusunun kim olduğunu bildirib.

“Toni Kroos bu çempionatda çox yüksək səviyyəli oynayır. Həmçinin AVRO 2012 və 2014 mundialında olduğu kimi. O həmişə bizə xeyir verir. Demək olar ki orta xəttə səhv etmir. Kroos komandaya balans gətirir və topla təmin edir. Buna görədə komanda yoldaşları ona inanır. Buna görə də o açar oyunçudur”.

“Düşünürəm ki, Slovakiya İrlandiyadan çox güclü millidir. Bir neçə həftə əvvəl yoxlama oyununda bizi məğlub edərək sanki yuxudan oyandırmışdılar. Slovakiya Polşa kimi əks hücümda çox güclüdür. Marek Hamşiki də diqqətdə saxlamalıyıq”


Digər xəbərlər

Xəbər xətti