Slutski rəsmən Rusiya millisindən getdi

11:10 27 İyun 2016

Rusiya millisinin baş məşqçisi Leonid Slutski vəzifəsindən gedib. 


Bu barədə ölkənin Futbol Federasiyasının prezidenti Vitali Mutko məlumat verib.  


45 yaşlı mütəxəssislə görüş keçirən Mutko Slutskinin bundan sonra yalnız klubda çalışmaq istədiyini bildirib: "Slutski bundan sonra klubda işləmək istədiyini dedi. O, həmçinin bildirdi ki, yığmaya kömək etməyə hər zaman hazırdır. Lakin o yığmanın baş məşqçi vəzifəsindən getməyə qərar verdi". 


Qeyd edək ki, Slutskinin komandası "Avro-2016"da keçirdiyi üç oyunda cəmi 1 xal toplayaraq qrup sonuncusu olub. Turnirdən sonra açıqlama verən rusiyalı mütəxəssis vəzifəsində qalmağın düzgün olmadığını bildirib.


Digər xəbərlər

Xəbər xətti