Yoahim Lövün əli yenə dinc durmadı - VİDEO

15:12 27 İyun 2016

Almaniya yığmasının baş məşqçisi Yoahim Löv yenə qeyri-adi hərəkəti ilə gündəmə gəlib. 


Sportarena.az xəbər verir ki, alman mütəxəssis Slovakiyanı 3:0 hesabı ilə yendikləri 1/8 final matçında kameraların hədəfinə çevirilib.


Löv Ukrayna ilə qrup matçı zamanı əlini şalvarına saldıqdan sonra burnuna apararaq iyləyən zaman kameranın yaddaşına düşmüşdü. O, bu dəfə əlini qolunun altına saldıqdan sonra burnuna aparaq iyləyib. Lövün bu hərəkəti də kameralardan yayınmayıb.


Digər xəbərlər

Xəbər xətti