İspaniyanın baş məşqçisi: "Utanmırıq"

01:27 28 İyun 2016

İspaniya millisinin baş məşqçisi Visente del Boske "Avro-2016"nın 1/8 finalında İtaliyaya uduzduqları oyun haqda danışıb.

İspaniyalı mütəxəssis komandasının ilk hissədə pis oynadığını bildirib:

"İlk hissədə oyunumuz alınmadı. Oyunçularda nə əminlik, nə də konsentrasiya var idi. Fasilədən sonra daha yaxşı oynadıq. Ən azından hesabı bərabərləşdirməyə cəhd etdik. Bütün ölkəyə və azarkeşlərimizə təşəkkür edirəm. Uduzduğumuza görə utanmırıq. Ölkəmizi turnirdə təmsil etdiyimiz üçün qürur duyuruq. Bundan sonra "DÇ-2018"nin seçmə mərhələsi haqda düşünəcəyik".


Digər xəbərlər

Xəbər xətti