Yığma komandamız ABŞ-a bu heyətlə gedəcək

12:28 28 İyun 2016

Olimpiadaya tarixində ilk dəfə maksimum heyətlə qatılacaq kişilərdən ibarət boks yığmamız sonuncu təlim-məşq toplanışını ölkə xaricində keçəcək. 


Millimiz yenə ABŞ-ın Kolorado-Sprinqs şəhərindəki təlim-məşq bazasında hazırlıq keçəcək.


Mayın 30-da Amerikaya yollanacaq komandamız 20 gündən sonra vətənə dönəcək.


Qeyd edək ki, hazırlıq prosesində Rüfət Hüseynov (49 kq), Elvin Məmişzadə (52 kq), Cavid Çələbiyev (56 kq), Albert Səlimov (60 kq), Lorentso Sotomayor (64 kq), Pərviz Bağırov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev (91 kq) və Məhəmmədrəsul Məcidov (+91 kq) iştirak edəcək.


Digər xəbərlər

Xəbər xətti