"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşdi

13:10 28 İyun 2016

"Sevilya"nın yeni baş məşqçisi müəyyənləşib.


Komandanın baş məşqçi vəzifəsinə Xorxe Sampaoli gətirilib.


56 yaşlı mütəxəssislə iki illik müqavilə imzalanıb. O, bu vəzifədə yeni mövsümdən PSJ-ni çalışdıracağı gözlənilən Unai Emerini əvəzləyib.


Qeyd edək ki, son olaraq Çili millisini çalışdıran argentinalı mütəxəssis karyerasında ilk dəfə Avropa klubunda baş məşqçilik edəcək. 


Digər xəbərlər

Xəbər xətti