Cüdoçularımız Xorvatiyada 3-cü oldu

15:04 28 İyun 2016

Xorvatiyanın Poreç şəhərində veteran cüdoçular arasında Avropa çempionatına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin çempionatda 30-40 yaş arası mübarizə aparan cüdoçuları komanda hesabında 3-cü yeri tutublar.


Xatırladaq ki, Avropa çempionatın Azərbaycanı təmsil edən Vüqar Hüseynov (60 kq), Vüqar Budaqov (73 kq), Fərhad Rəcəbli, Zaur Bağırov (+100 kq) və Zülfiyyə Hüseynova (70 kq) qızıl, Müşfiq Cəfərov (73 kq) gümüş və Zaur Paşayev (100 kq) bürünc qazanıb.


Qeyd edək ki, 38 ölkədən 813 idmançının (702 kişi, 111 qadın) mübarizə apardığı Avropa çempionatında Azərbaycan millisi 14 cüdoçu (14 kişi, 1 qadın) ilə təmsil olunurdu.


Digər xəbərlər

Xəbər xətti