"Liverpul" seneqallı futbolçu ilə müqavilə imzaladı

15:48 28 İyun 2016

"Sauthempton"un yarımmüdafiəçisi Sadio Mane karyerasını "Liverpul"da davam etdirəcək.


Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu gün tibbi müayinədən keçən seneqallı futbolçu "Liverpul"la uzunmüddətli müqavilə imzalayıb.


Müqavilənin təfərrüatları açıqlanmasa da, "Sauthempton" bu transferin klub tarixində rekord olduğunu bildirib.


İddialara görə, "Liverpul" futbolçu üçün "Sauthempton"a 34.5 milyon funt-sterlinq ödəyib. Bundan əlavə, futbolçunun "Liverpul"dakı çıxışı uğurlu alınacağı təqdirdə, komanda "Sauthempton"a əlavə bonuslar da ödəyəcək.


Qeyd edək ki, ötən mövsüm "Sauthempton"un heyətində 43 matça çıxan 25 yaşlı futbolçu 15 dəfə rəqib qapılarına yol tapa bilib.


Digər xəbərlər

Xəbər xətti