Cüneyt Çakır və 3 digər referi üçün "Avro-2016" bitdi

16:08 28 İyun 2016

"Avro-2016"da Türkiyəni təmsil edən hakim Cüneyt Çakır üçün turnir erkən başa çatıb. 


Sportarena.az xəbər verir ki, 40 yaşlı referi bu gün Türkiyəyə qayıdacaq.


Son olaraq İtaliya - İspaniya matçını (2:0) idarə edən referinin işi UEFA tərəfindən yüksək qiymətləndirilib.


Qeyd edək ki, UEFA C.Çakırdan əlavə, polşalı Şimon Marçiniak, ispaniyalı Karlos Velasko Karballo, və ingilis hakim Martin Atkinsonu da evinə yollayıb.


Xəbər xətti