Yığmamız Pavlodardan 1 qızıl və 2 gümüş medalla qayıdır

Sportarena.az      29 İyun 2018, 11:36

Gimnastlarımız Qazaxıstanın Pavlodar şəhərində 25-27 iyun tarixlərində keçirilən “İrtışskiye Zorı” adlı beynəlxalq turnirdə akrobatika gimnastikası üzrə yarışlarda uğurla çıxış ediblər.


Sportarena.az xəbər verir ki, 12-18 yaş qrupunda çıxış edən qarışıq cütlük Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı rəqibləri arasında ən yaxşı nəticəni göstərərək, fəxri kürsünün ilk pilləsinə yüksəlib.


Azərbaycanın digər qarışıq cütlüyü, 13-19 yaş kateqoriyasında yarışan Nurcan Cabbarlı və Ağasif Rəhimov isə 2-ci yerdə qərarlaşıblar.


Böyüklər arasında çıxış edən kişi cütlüyü Seymur Cəfərov və Murad Əkpərov da bu yarışlarda 2-ci yerlə kifayətləniblər.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısızmı?
 Razıyam
 Normaldır
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin