"Samtredia"nın baş məşqçisi: "Şanslar bərabərdir"

22:47 29 İyun 2016

"Qəbələ"yə qaşrı oynamaq bizim üçün böyük hörmətdir. Oyunun nəticəsini sabah görəcəyik. Düşünürəm ki, şanslar bərabərdir". 

Bunu Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Qiya Tsetsadze Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə keçiriləcək ilk oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

Baş məşqçi oyunu belə dəyərləndirib: "Qəbələ"nin bir neçə oyununu izləmişəm. Zəif və güclü tərəflərini müəyyənləşdirmişəm. Ancaq həmin məqamları açıqlaya bilmərəm. Sabah bizim xeyrimizə olan nəticə qaneedici ola bilər. Biz həmişə qələbə üçün meydana çıxırıq. Amma ola bilər ki, məğlub olaq. Hər bir nəticə qeydə alına bilər" (Sportnet.az).


Xəbər xətti