Ulduz futbolçu terror hadisələrinə görə Türkiyədən gedir

01:35 30 İyun 2016

Atatürk Hava Limanında baş verən terror zamanı orada olan “Fənərbaxça”nın ulduz oyunçusu Naninin meneceri Marko Kırdemir İspaniyanın məşhur “Marka” qəzetinə şok açıqlamalar verib.


Sportarena.az xəbər verir ki, o, Naninin Türkiyədən ayrılacağını bildirib. Kırdemir portuqaliyalı ulduzun bu addımı atmasına səbəb kimi ailəsinin hava limanında dünən baş verən terror zamanı qorxmasını göstərib.


Menecer bildirib ki, bunun üçün şərait də var. Çünki İspaniyanın “Valensiya” klubu Nani üçün “Fənərbaxça”ya 8,5 milyon avroluq təklif göndərib.(qafqazinfo)


Xəbər xətti