(R) AAAF Parkda musiqili fəvvarə istifadəyə verildi - VİDEO

11:10 30 İyun 2016

AAAF Parkda çinli iş adamı, dizayn üzrə mütəxəssis Şü Cilayın layihələşdirdiyi musiqili fəvvarə artıq istifadəyə verilib. Çinli mütəxəssislərin üzərində işlədiyi fəvvarə rəngarəng işıqları və musiqi effektləri ilə diqqət çəkib.

Xüsusi proqramlaşdırılmış sistemlə işləyən fəvvarənin üstün xüsusiyyəti musiqi ritminə uyğun hərəkət etməsidir.
“Zirvə” restoranı ərazisində qurulan musiqili fəvvarə qonaqların da marağına səbəb olub.

Siz də ləzzətli təamlar dadaraq, canlı musiqi sədaları altında xoş mənzərəni izləyərək istirahət etmək istəyirsinizsə yolunuzu AAAF Parkdan salın.


Digər xəbərlər

Xəbər xətti