"Real"dan Alabaya fantastik təklif

11:52 30 İyun 2016

"Bavariya"nın müdafiəçisi David Alaba yeni mövsümdən La Liqada oynaya bilər.
Avstriyalı futbolçu "Real"ın maraq dairəsinə düşüb.
Madrid təmsilçisi 24 yaşlı futbolçu üçün Almaniya klubuna 65 milyon avro ödəməyə hazırdır. Daha öncə 50 milyon avroluq təklifi rədd edən Münhen klubunun bu dəfə hansı cavabı verəcəyi maraqla gözlənilir.
Qeyd edək ki, ötən mövsüm "Bavariya"da 46 oyun keçirən Alaba 2 qol vurub və 4 məhsuldar ötürmə verib.


Digər xəbərlər

Xəbər xətti