"Qalatasaray"ın baş məşqçisi kim olacaq?

12:53 30 İyun 2016

Hazırda iqtisadi və psixoloji böhran içərisində olan İstanbulun “Qalatasaray” klubu yeni mövsüm üçün baş məşqçi qərarını verib.

Klub rəhbərliyi növbəti mövsümdə də Yan Olde Riekerink ilə yola davam etməyi qərara alıb və yaxın günlərdə bunu mətbuata rəsmən açıqlayacaq.

Ötən mövsüm Mustafa Denizlinin klubdan göndərilməsindən sonra onun vəzifələrini icra edən Riekerinkin klub ilə “Ziraat” Türkiyə Kubokunu qazanması və oyunçular ilə arasında yaxşı müsanibətin olması arqument gətirilərək onun baş məşqçi postunda qalması məqsədəuyğun görülüb.

Onun köməkçiləri is Ayhan Akman və Orhan Atık olacaq.


Digər xəbərlər

Xəbər xətti