"Neftçi" - "Baltsan" matçı ukraynalı hakimlərə tapşırıldı

14:30 30 İyun 2016

Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində "Neftçi" ilə Malta "Baltsan"ı arasında keçiriləcək cavab matçının hakimləri açıqlanıb. Bu oyunu ukraynalı hakimlər idarə edəcəklər.

Matçın baş hakimi Yaroslav Kozik təyin olunub. Ona yan xətt hakimləri Yevgeni Xalamendiklə Viktor Matyaş kömək edəcək. Dördüncü hakim isə Nikolay Balakindir.

Qeyd edək ki, "Neftçi" - "Baltsan" matçı iyulun 7-də Bakıda, 8-ci km qəsəbə stadionunda baş tutacaq. 


Digər xəbərlər

Xəbər xətti