"Kopa Amerika" və "Avro 2016"nın qalibləri qarşılaşacaq

17:08 30 İyun 2016

"Kopa Amerika"da bu il çempion olan Çili komandası ilə"Avro 2016"nın qalibi olacaq komanda arasında matç keçiriləcək.

Cənubi Amerika Futbol Federasiyasının Prezidenti (CONMEBOL) Alexandro Domingezin sosial media hesabından verdiyi açıqlamada, "Kopa Amerika" ilə "Avro 2016" çempionunun matç keçirməsi təklifinə UEFA-dan müsbət cavab verildiyini bildirib. Domingez açıqlamasında həmçinin qarşılaşmanın hansı tarixdə oynanılacağı üzərində çalışdığı ifadələrinə də yer verib.

ABŞ-da keçirilən "Kopa Amerika", 27 İyunda oynanan finalda Çili Argentinanı penalti vuruşları sonrası 4-2 məğlub edib kubokunun sahibi olmuşdu. "Avro 2016" çempionu, 10 İyulda keçiriləcək final matçı sonunda bəlli olacaq.


Digər xəbərlər

Xəbər xətti