Zlatan İbrahimoviç rəsmən "Mançester Yunayted"də!

21:02 30 İyun 2016

PSJ-nin sabiq futbolçusu Zlatan İbrahimoviç karyerasını İngiltərənin "Mançester Yunayted" klubunda davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə futbolçu şəxsi "instagram" hesabında paylaşım edib.


Belə ki, klub gerbinin şəkilini paylaşan futbolçu: "Bütun dünyaya çatdırmaq zamanı. Mənim növbəti gedəcəyim yer "Mançester Yunayted", - deyə bildirib.


Qeyd edək ki, 34 yaşlı hücumçu "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "Milan" və PSJ kimi məşhur klublarda çıxış edib.


Digər xəbərlər

Xəbər xətti