Vəli Qasımov: "Cavab oyununa da ciddi hazırlaşmaq lazımdır"

00:50 1 İyul 2016

“Topa nəzarət daha çox komandamızın tərəfində idi. Düzdür, ikinci hissədə bir az əziyyət çəkdik, amma istədiyimizə nail olduq”.


Sportarena.az xəbər verir ki, bu sözləri “Neftçi”nin baş məşqçisi Vəli Qasımov deyib.
 

Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda səfərdə “Baltsan”la qarşılaşan “Neftçi” qələbə qazanıb.

 
Paytaxt klubunun çalışdırıcısı Malta təmsilçisi üzərindəki 2:0 hesablı qalibiyyəti belə şərh edib: “Rəqibin zəif və güclü tərəflərini bilirdik. Daha çox qol vurmaq istəyirdik, amma 2:0 hesablı qələbə də yaxşı nəticədir. Bununla belə, cavab oyununa da ciddi hazırlaşmaq lazımdır. Mərhələni keçmək üçün əlimizdən gələni edəcəyik”.


Xəbər xətti