İspaniya millisinin hücumçusu "Mançester Siti"də

14:34 1 İyul 2016

"Mançester Siti" heyətini daha bir futbolçu ilə gücləndirib.
 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "şəhərlilər" La Liqada mübarizə aparan "Selta" klubunun futbolçusu Nolitonu transfer edib. 


İspaniyalı futbolçu "Mançester Siti" klubu ilə 4 illik müqavilə imzalayıb.


Qeyd edək ki, 29 yaşlı hücumçu son mövsüm "Selta"nın heyətində 29 görüşdə forma geyinib və 12 qol vurub.


Digər xəbərlər

Xəbər xətti