Gürcü azarkeşlər erməniləri döydülər

00:08 2 İyul 2016

Dünən Gürcüstanın Qori şəhərində yerli “Dila” komandası futbol üzrə Avropa liqasının birinci təsnifat mərhələsində Ermənistanın “Şirak” klubuna 1:0 hesabı ilə qalib gəlib.

Sportarena.az  Virtualaz.org-a istinadən xəbər verir ki, oyundan sonra əsasən məktəb yaşlı onlarla gürcüstanlı azarkeş erməni fanatları daşıyan mikroavtobuslara hücum ediblər.

Məlumata görə, münaqişə hələ oyundan əvvəl stadionun yaxınlığında yerləşən kafedə başlayıbmış. Söz davasından sonra ara sakitləşib. Oyundan sonra isə erməniləri aparan mikroavtobuslar daşa basılıb. Erməni azarkeşlər avtobusları tərk ediblər və kütləvi dava başlayıb. Polis hadisə yerinə gəldikdən sonra hücum edən tərəf oranı tərk edib. Bir neçə erməni azarkeş izahat alınmaq üçün polis məntəqəsinə aparılıb.

Hücum edən tərəfdən bir nəfər saxlanılıb.


Digər xəbərlər

Xəbər xətti