Useyn Bolt Olimpiya Oyunlarında iştirak etməyəcək?

11:16 2 İyul 2016

Altı qat olimpiya, 11 dəfə dünya çempionu olan dünyanın ən sürətli sprinteri Useyn Boltun Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarında iştirakı sual altındadır. 

 

Sportarena.az xəbər verir ki, buna səbəb dünyanın ən sürətli adamının vətərinin zədələnməsidir.

 

Ötən gün 29 yaşlı Bolt milli çempionatın yarımfinalında 100 metrlik məsafəyə qaçışda qalib gəlib. Bolt 100 metrlik məsafəni 10,04 saniyəyə qaçıb. Lakin bundan sonra zədə səbəbindən yamaykalı yarışlardan kənarlaşıb. Bu barədə məşhur idmançı “Twitter” rəsmi mikrobloqunda xəbər verib.


Xəbər xətti