"Neftçi" "Şuşa-Qarabağ"a qalib gəldi

13:12 2 İyul 2016

“Neftçi”nin əvəzedici komandası yeni mövsümə hazırlığı davam etdirir. 

 

Sportarena.az xəbər verir ki, “Dalğa Arena”da məşq edən əvəzedici komanda hazırlıq çərçivəsində ikinci yoxlama oyununu keçiriblər. “Şuşa-Qarabağ”la qarşılaşan "Neftçi"nin əvəzadici heyəti 1:0 hesabı ilə qalib gəlib. Yeganə qolu 81-ci dəqiqədə Etibar Süleymanov vurub.

 

Qeyd edək ki, əvəzedici komanda ilk yoxlama oyununda “Sabunçu” klubu ilə qarşılaşmışdı (1:1).v


Xəbər xətti