Rayan Giqz "Mançester Yunayted"dən getdi

21:06 2 İyul 2016

 

"Mançester Yunayted"in əfsanəvi futbolçusu olmuş, hazırda isə məşqçi kimi çalışan Rayan Giqqz komandadan ayrılıb.
 

Sportarena.az xəbər verir ki, uelsli mütəxəssis bu barədə özü açıqlama verib. 


Giqqz verdiyi açıqlamada: "Mançester Yunayted" 14 yaşımdan bəri həyatımın ən önəmli parçası oldu. Ayrılmaq qərarını vermək mənim üçün çox çətindi", 0- deyə bildirib.
 

Futbolçu karyerasını başa vurduqdan sonra Premyer Liqa klubunda Devid Moys və Lui van Qalın köməkçisi olmuş mütəxəssis baş məşqçi postuna gətirilən Joze Mourinyo ilə çalışmayacaq.
 

Qeyd edək ki, Giqqz "Mançester Yunayted"də keçirdiyi 23 mövsümdə 13 Premyer Liqa çempionluğu, 4 İngiltərə kuboku, 2 Çempionlar Liqası çempionluğu sevinci yaşayıb. 


Xəbər xətti