Almaniya qran prisində ikinci gün daha 4 medal şansı

12:54 3 İyul 2016

Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə Qran Pri beynəlxalq turniri keçirilir. 


Sportarena.az xəbər verir ki, ilk yarış günündə güləşçilərimiz 4 qızıl və 1 gümüş medal qazanıb. Qızıl medalları yığmamıza yunan-Roma güləşçisi Rafiq Hüseynov (75 kq), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq), Nurməhəmməd Hacıyev (86 kq) və Xetaq Qazyumov (97 kq) qazandırıb. Şərif Şərifov (86 kq) isə gümüş medala yiyələnib. 


Turnirin ikinci yarış günündə 57, 61, 70 və 125 kq çəki dərəcəsində sərbəst güləşçilər yarışır. 


57 kq 
1/4 final - Mircəlal Həsənzadə - Artur Eisenkrein (GER) 


61 kq 
1/4 final - Abbas Raxmonov (UZB) - Hacı Əliyev 


70 kq 
1/4 final - Haydar Yavuz (TUR) - Gitinomaqomed Hacıyev 


125 kq 
1/8 final - Cəmaləddin Məhəmmədov - Dmitri Popov (KAZ)


Digər xəbərlər

Xəbər xətti