Millimiz çempionluğa doğru

13:16 3 İyul 2016

Bu gün qadın voleybolçular arasında Avropa Liqasında son oyun keçiriləcək. 


Sportarena.az xəbər verir ki, Bakıda baş tutacaq görüşdə Azərbaycan və Slovakiya milliləri final mərhələsinin cavab qarşılaşmasında üz-üzə gələcəklər. Bakı İdman Sarayında keçiriləcək görüş saat 18:00-da start götürəcək.
 

 
Qeyd edək ki, yığma komandamıza çempionluq kubokuna yiyələnmək üçün 2 set lazımdı. Millimiz hətta 2:3 hesabı ilə uduzsa da, turnirin qalibi olacaq.


Xəbər xətti