Almaniya millisində ciddi itkilər

17:56 3 İyul 2016

Dünən "Avro-2016"nın 1/4 final mərhələsində İtaliyaya qalib gələrək yarımfinala yüksələn Almaniya millisi ciddi itkilərlə üzləşib.


Sportarena.az xəbər verir ki, Almaniya millisi matçın gedişində zədələnərək meydanı tərk edən iki oyunçusunun xidmətindən məhrum olub. Belə ki, qarşılaşmanın əvvəllərində Sami Xedira, ikinci hissədə isə Mario Qomez xəsarət alaraq oyunu davam etdirə bilməyiblər.


Bu barədə açıqlama verən millinin baş məşqçisi Yoahim Löv futbolçuların yarımfinal görüşünədək sağalacaqlarının real görünmədiyini bildirib.


Digər xəbərlər

Xəbər xətti