"Fənərbaxça"nın transfer hədəfi: Fransa millisinin üzvü

22:52 3 İyul 2016

Fransa millisinin və "Lion”un üzvü Matyu Valbuena karyerasını Türkiyədə davam etdirə bilər. İstanbul nəhəngi "Fənərbaxça” yarımmüdafiəçi üçün "Lion”a rəsmi müraciət edib. Bu barədə "Lion”un prezidenti Yan-Mişel Aulas məlumat verib.Klub başkanı bildirib ki, "Fənər”lə yanaşı Çin klublarından biri də futbolçunun xidmətində maraqlıdı: "Valbuena çox çetin mövsümü geridə qoydu. Ancaq onun möhtəşəm futbolçu olmasına şübhəmiz yoxdu. Matyu yaxın günlərdə gələcək haqqında qərar verəcək. Qalmaq istəyirsə, buyursun qalsın. Onun üçün bir neçə rəsmi təklif almışıq. Ötən gün Çində idim və Valbuena ilə bağlı bir klubla danışıq apardım. Türkiyənin "Fənərbaxça” klubu da onunla müqavilə imzalamaq istəyir. Nəyin necə olacağını yaxın günlərdə görəcəyik”. Qeyd edək ki, Valbuena karyerası ərzində "Marsel” və "Dinamo” (Moskva) kimi komandalarda forma geyinib.   
 


Xəbər xətti