"Qəbələ" cavab oyunu üçün başladı

10:51 4 İyul 2016

“Qəbələ” UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununun hazırlığına start verib. Gürcüstanın “Samtredia” klubu ilə iyunun 30-da Bakıda keçirilən ilk oyundan (5:1) sonra 2 günlük istirahətə buraxılan “qırmızı-qaralar” iyulun 3-də məşqlərini bərpa edib. Bakıda bir araya gələn komanda günü iki məşqlə başa vurub. Günün ilk yarısında fiziki hazırlıq keçən futbolçular axşam saatlarında toplu çalışmalara üstünlük verib. Hər iki məşq paytaxtda baş tutub. “Qəbələ” növbəti məşqini bu gün keçirəcək. Günün ikinci yarısına təsadüf edəcək məşq prosesi Bakıda baş tutacaq.
Xatırladaq ki, UEFA Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində baş tutacaq “Samtredia” – “Qəbələ” matçı iyulun 7-də keçiriləcək. Zestafonidəki David Abaşidze adına stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.

 


Digər xəbərlər

Xəbər xətti