"İnter Arena"da mükafatlandırma

12:51 4 İyul 2016

 Bu gün “İnter Arena” stadionunun konfrans zalında “Sabahın ulduzları” turnirinin gümüş medalçılarının mükafatlandırma mərasimi keçirildi. 

Bakı Futbol Federasiyasının nümayəndəsi Mahir Süleymanov turnir barədə qısa məlumat verdi və oyunların keçirilməsi üçün yaradılan şəraitə görə “İnter”PİK-in rəhbərliyinə minnətdarlığını bildirdi. “İnter”PİK-in prezidenti Rəşad Qasımov “Sabahın ulduzları” turnirinin uşaq və yeniyetmə futbolçuların inkişafına göstərdiyi müsbət təsir barədə danışdı və 2006-cı il təvəllüdlü futbolçular arasında keçirilən yarışda 2-ci yeri tutmuş “İnter-Arena” komandasının üzvlərini təbrik etdi, onlara uğur arzuladı.

Komandanın baş məşqçisi Xəyyam Bəkirov turnir təşkilatçılarına və “İnter”PİK-in rəhbərliyinə təşəkkürünü bildirdi, komandanın bundan sonra da yüksək yerlər uğrunda mübarizəsini davam etdirəcəyini açıqladı.

Sonra komanda üzvlərinə medallar və kubok təqdim edildi. 


Xəbər xətti